Qaz sızmasından partlayış: Bir ailədə üç uşaq öldü

Dağıstanın paytaxtı Mahaçqalada fərdi yaşayış evində qaz sızmasından partlayış olub.

Sozcu.az xəbər verir ki, bu barədə Respublika Klinik Xəstəxanası məlumat yayıb.

Partlayışla müşahidə olunan yanğın nəticəsində bir ailənin üç uşağı ölüb.

Hadisədə valideynlər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Lent.az)

Share on Facebook