Bu gün 17 radələrində Qax-Qorağan avtomobil yolunda qəza baş verib.
Sozcu.az xəbər verir ki, Qax rayonunun Əmircan kəndi ərazisində Turaclı kənd sakini 25 yaşlı Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan iki ay yarımlıq körpə (sürücünün baldızı oğlu) aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
G. Hüseynova və iki yaşlı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.