Qondarma “artsax ordusu”nun keçmiş “komandiri” Cəlal Arutyunyan təqsirli bilinib.
Sozcu.az xəbər verir ki, hakim Qarik Abelyanın sədrliyi ilə Sünik (Zəngəzur) vilayətinin ümumi yurisdiksiya məhkəməsi Arutyunyanı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilib.
İttihama görə, o, 12 oktyabr 2020-ci il tarixində elan edilmiş hərbi vəziyyət dövründə komandir kimi xidmətə səhlənkar münasibət göstərib. O, xidməti vəzifələrini lazımınca yerinə yetirməməkdə, onlara qarşı vicdansız və səhlənkar münasibətdə, səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olmaqda ittiham olunur.
Cinayət işinin materiallarına görə, Azərbaycan ordusunun D-20 diviziyasına hücumu zamanı komandanlıq Cəlal Arutyunyanın müavini, artilleriya rəisi Gennadi Baqdasaryanla əlaqə saxlayıb və bu barədə məlumat verib, lakin Cəlal hadisəyə laqeyd yanaşıb.