İndi tez deyil, sabah da gec olmayacaq, ancaq bayram təbrikindən əvvəl belə bir təklif verim (əvvəlki təklifimə "Qarabağ" tam əməl elədi deyə, yazıram: 4 qol vurdu, 2-ini özü, 2-ini (birini ayağına, o birini də başına) ötürməklə "Bayer"ə ki, siz vurun, Aydın Can yalançı çıxmasın. Bizə isə mənim yalançı çıxmamağım yox, "Qarabağ"ın mərhələni adlaması lazımdır.
Odur ki... Şeyx həzrətlərinə çıxışı olanlar (mənim həmyerlim, həmxalqlım olmağına baxmayaraq, nə özünə özüm çatıram, nə sözüm çatır ona və sözünə) cənablarından xahiş etsinlər ki, bir qələm çalsın - 200 ildir Şeyximizdir, day hansı günümüzdə gərək olacaq irfani bilikləri: "gülləkeçməz" duasını "qolkeçməz", "couşənkəbir"i "qolvurdu" üçün mübarəkləsin.
Əgər istəyiriksə, - deyirəm də.
İstəmiriksə, onda pənah bərxuda!
Razılığını ala bilsələr, yaxşı olar.
Mən də söz verirəm, sabah axşama qəşəng bir bayram təbriki mətni yazacam.
Aydın Can