"Qarabağ" "Neftçi"ni məğlub etdi

Bu gün Misli Premyer Liqasında 9-cu tura və birinci dövrəyə yekun vurulur.

Sozcu.az xəbər verir ki, turun son və mərkəzi qarşılaşmasında "Neftçi" son çempion "Qarabağ"ı qəbul edir.

Qeyd edək ki, turun digər matçları 6 və 7 oktyabr tarixlərində keçirilib.

***

Juninyo qarşılaşmanın 46-cı dəqiqəsində "Qarabağ"ı hesabda önə çıxarıb: 0-1.

***

Cica matçın 88-ci dəqiqəsində "Qarabağ"ın ikinci qoluna imza atdı. Matç 2-0 hesabı ilə də qonaq komandanın xeyrinə başa çatdı.

Share on Facebook