Qarabağ müharibəsində itkin düşmüş şəhid dəfn olundu

18:10

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Almaz oğlu Çıraqovun meyitinin qalıqları Şirvan şəhərinə gətirilib.

Sozcu.az Report-a istinadən xəbər verir ki, şəhidin nəşi Şirvan şəhərində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilir. E.Çıraqov Şirvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, 1970-ci ildə Şirvan şəhərində doğulan Elman Almaz oğlu Çıraqov 1992-ci il avqustun 21-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

***

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Çıraqovla Şirvan şəhərində keçirilən vida mərasimi başa çatıb.

Şəhidin nəşi Şirvan şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şirvan Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Share on Facebook