İsrailin müdafiə naziri Yoav Qallant Livanla sərhəddə əhalinin məskunlaşdığı ərazilərin boşaldılması barədə əmr verib.
Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri məlumat yayıb.
Livanla sərhəddə yaşayan sakinlərin əksəriyyəti təhlükəsizlik tövsiyələrinə fəal reaksiya verib və könüllü olaraq cənub bölgələrinə təxliyə edilib.
Məlumata görə, ərazidə tank və digər zirehli texnikaların sayı artıb.