“Hörmətli həmyerlim Oleq Deripaska artsaxdan olan qaçqınlar üçün qaynar xətt açır”.
Moderator.az xəbər verir ki,”İravunk” nəşrinin yaydığı məlumata görə, bu barədə Rusiyanın “RT” telekanalının baş redaktoru, Kremlin işğalçı, irqçi, anti-türk, anti-Azərbaycan siyasətini dəstəkləyən ən həyasız təbliğatçılarından biri Marqarita Simonyan “Facebook” səhifəsində yazıb.
“Artsaxda çətin humanitar vəziyyətlə əlaqədar RUSAL işçi qaynar xətti açır.
Şirkət Rusiyadakı sənaye müəssisələrində ixtisaslı köçkünlərin yol xərclərini ödəməyə, onların adaptasiyası və işlə təmin olunmasına dəstək verməyə hazırdır”, - “Armenian Nation” qəzetinin redaktoru əlavə edib.
Qeyd edək ki, Deripaska rusiyalı sahibkar, milyarder, Rusiyanın “Rusal” alüminium şirkətinin rəhbəridir”-xəbərdə belə deyilir.
Zəruri arayış və şərh:
Rusiya diktatoru V.Putinin yaxın dostlarından və pul “yuyan”larından("FT"-2020) biri kimi tanınan “UC Rusal”-ın təsisçisi və səhmdarı milyarder Oleq Deripaska, son məlumatlara görə, "Forbes" reytinqində rusiyalı milyarderlər arasında 50-ci yerdədir. Biznesmenin sərvəti 2,5 milyard dollar məbləğində qiymətləndirilib...
Deripaska 2018-ci ilin aprelindən Putinin layihələrinin maliyyələşdirilməsinə görə ABŞ sanksiyaları, 2022-ci ildən isə Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər ölkələrin sanksiyaları altındadır... Düzdü, o, Ukraynaya təcavüzün əleyhinə çıxış edib və hazırda xaricdə yaşayır...
Onu da xatırladaq ki, Putinin pullarını “yuyan” digər dostu, erməni milyarder Ruben Vardanyan Azərbaycan torpağında erməni separatçılığı və terrorçuluğuna maliyyə və ictimai-siyasi, ideoloji dəstək verməsi səbəbindən artıq Bakıda zindandadır...