"Bunlar diqqəti Putinə yönəltmək, sonradan İsa Peyğəmbər kimi onun yenidən hüzur etdiyini və bütün Rusiya boyunca seçki turuna başladığını iddia etmək üçündür..."
"Putinin ölümü barədə şayiələr xoş və şirin olsa da, hamımız bunu səbirsizliklə gözləsək də, bunun Beynəlxalq Tribunaldan sonra baş verməsi yaxşı olardı..."
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya diktatoru Vladimir Putinin "ölümü" barəsində məlumatı şərh edib.
Sozcu.az xəbər verir ki, bu barədə "world.comments.ua" nəşri yazıb.
Məmurun sözlərinə görə, Rusiya rəhbərinin "ölümü" barədə məlumatların yayılması seçkiqabağı kampaniya ilə bağlıdır və Kremlin xüsusi əməliyyatıdır.
O, deyib ki, bu üsulla Putinə diqqət çəkməyə cəhd edilir.
"Onların işləyib hazırladığı texnologiyalar üsulu ilə ona diqqət çəkilir ki, sonra İsa Peyğəmbər kimi, Putinin də "hüzur edib" bütün Rusiya boyunca seçki turuna başladığı iddia edilsin", - Danilov bəyan edib və vurğulayıb ki, "belə texnologiyalar aydındır".
Məmur deyib ki, diktator tez-gec o dünyaya vasil olacaq.
Putinin "ölümü" barədə şayiələrə Ukrayna kəşfiyyatı da münasibət bildirib.
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov qeyd edib ki, Putinin, guya, ölməsi barədə şayiələr xoş olsa da, hər halda şayiədir.
"Putinin ölümü ətrafında şayiələr xoş və şirin olsa da, şayiədir. Yəni Rusiyanın anonim "Teleqram-kanal"ları yenə də belə şeylər barədə məlumatlar yaymaqdadır. Bundan sonra biz bunun kimə sərfəli və faydalı olduğunu təhlil etməliyik", - Yusov qeyd edib.
O, əlavə edib ki, ukraynalılar belə şeylərə təmkinlə yanaşmalıdır.
"Əlbəttə, biz hamımız bunun imkan daxilində daha tez baş verməsini istəyirik. Lakin yaxşı olardı ki, bu, Beynəlxalq Tribunaldan sonra baş versin və bunu Rusiyanın anonim mənbələrindən deyil, mötəbər mənbələrdən eşidək", - kəşfiyyat nümayəndəsi deyib.
Bu mənada Kremldə vəziyyət və şərait barədə danışarkən, Yusov əlavə edib ki, belə şayiələr elə oradakı müvafiq şəraiti səciyyələndirir.
"Belə məlumatlar hətta təkcə Ukrayna auditoriyası üçün deyil, o cümlədən Rusiyanın daxilində buna reaksiyanı öyrənmək üçün yayılır. Yəni bu məlumata kimin necə, o cümlədən elita nümayəndələrinin münasibətini öyrənmək istəyirlər", - o, deyib.
"Bu mövzunun müzakirə edilməsi faktının özü Kreml sakinlərində sağlam mühitin olmadığını sübut edir", - Yusov əlavə edib.
O, həmçinin qeyd edib ki, diktatorun öləcəyi təqdirdə Rusiyanın Ukraynaya münasibətdə siyasəti dəyişməyəcək, çünki bu ölkə "insanlıqdan uzaq adamlarla" doludur.
Xatlırladaq ki,17 mart 2024-cü ildə Rusiyada prezident seçkiləri keçiriləcək. Rusiya televiziyalarında Vladimir Putinin böyük səs çoxluğu ilə "qalib gələcəyi" barədə haray-həşir salınır. Qeyd etmək lazımdır ki, Putin 20 ildən artıqdır ki, Rusiyada hakimiyyətdədir.
Putin sağdır, yoxsa yox? - bəlli olanlar
71 yaşlı Vladimir Putinin bir çox illər ərzində müxtəlif xəstəliklərdən, o cümlədən xərcəng xəstəliyindən əziyyət çəkdiyi iddia edilir. Ukrayna kəşfiyyatı iddia edib ki, Rusiya rəhbəri həm fiziki, həm də mənəvi şəhətdən xəstədir.
Sosial şəbəkələrdə oktyabrın 22-də Putinin Valday iqamətgahında,
guya, "ürəyinin dayanması", lakin həkimlərin onu reanimasiya etməsi barədə məlumat yayılıb. Oktyabrın 26-da axşam Putinin "ölümü" barədə məlumatlar üzə çıxıb, lakin nə Rusiya, nə də Ukrayna tərəfi bunu təsdiq etməyib.