"O, martın 1-də Xocalıda rəsmi Bakının nümayəndələri ilə görüşdə Qarabağdakı erməni icmasının əsas nümayəndəsi kimi iştirak edib..."
“Dağlıq Qarabağ status almalıdır, Laçın dəhlizi ilə Ermənistanla birbaşa əlaqəmiz olmalıdır, başqa yollar açıla bilər, amma dəhlizi əvəz etməməlidir.”
Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası ərazisində Kreml tərəfindən 32 il öncə qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “parlament”i tərəfindən bu gün “seçilmiş” növbəti qondarma “prezidenti” Samvel Şahramanyan baş separatçı kimi ilk çıxışında söyləyib.
Qeyd edək ki, “prezident”liyə namizədliyi “sənədlərinin doğru olmaması səbəbindən” rədd edilmiş digər namizəd Samvel Babayan da öz adaşını təbrik etməyə məcbur olub...
Xatırladaq ki, Yuxarı Qarabağdakı qondarma “eks-prezident” Bako Saakyanın dövründən “milli təhlükəsizlik xidməti”nin direktoru, “təhlükəsizlik şurası”nın katibi kimi yüksək “vəzifə”lərdə çalışan və avqustun 31-də istefa verməmişdən öncə sonuncu “prezident” Araik Arutyunyan tərəfindən “dövlət naziri” təyin olunmuş Samvel Şahramanyan Ermənistanın terrorçu eks-prezidenti Serjik Sərkisyanın adamı sayılır. Putinin milyarder desantı Ruben Vardanyan da “seçki”yə hazırlıq günlərində onu açıq şəkildə dəstəkləyib... O, martın 1-də Xocalıda rəsmi Bakının nümayəndələri ilə görüşdə Qarabadakı erməni icmasının əsas nümayəndəsi kimi iştirak edib...