“Putinin işi bitdi, Navalnı Rusiyanın gələcək prezidentidir!..”- Saakaşvili

Mixail Saakaşvili  “Putinin işi bitdi – bu, maksimum bir neçə ayın işidir”, Navalnı isə Rusiyanın “gələcək prezidenti” olduğuna əmin olduğunu bildirib.

Sozcu.az xəbər verir ki, bu "Qruziya Online" nəşrinin yaydığı məlumata görə, Saakaşvili bu haqda müxalif "Formula" telekanalının Droeba proqramına açıq məktubunda yazıb.

Gürcüstanın həbsdə olan üçüncü prezidenti əmindir ki, Rusiya Federasiyasının parçalanması Şimali Qafqazdan başlayacaq. Keçmiş lider hesab edir ki, Rusiya müxalifətinin əksəriyyətinin Rusiyada olmamasına və Rusiyanın özündə Aleksey Navalnı və Vladimir Kara-Murza kimi müxalifətçilərin Putin tərəfindən həbsxanada saxlanmasına baxmayaraq, Rusiya müxalifəti “məhv edilməyib”.

“Putin bitdi. Bu, bir neçə həftəlik, ən çoxu ayların işidir. Rusiyanın dağılması Şimali Qafqazdan başlayacaq. Artıq həm Tiflisi, həm də Batumini görmüş, bura çatmaq üçün əllərini ovuşduran 25 min Kkadırovçu ilə məşğul olmağa hazırıqmı?..

Rusiya müxalifətinin məhv edildiyini düşünmürəm. Navalnı həbsdən çıxsa da, çıxmasa da, mənim Rusiyadan qalacaq ərazinin lideri ilə,  onunla, Vladimir Kara-Murza və digər liderlərlə çox isti yazışmalarım var. Ən ağır vəziyyətdə olan Navalnının məni buraxmaq xahişi ilə İvanişviliyə müraciət etməsini çox yüksək qiymətləndirdim”, - Saakaşvili bildirib.

Eks-prezidentin sözlərinə görə, dünyanın bütün liderləri onun azadlığa buraxılmasını tələb edirlər - Avropa Parlamentinin deputatları, Fransa prezidenti Emmanuel Makron, Moldova prezidenti Maya Sandu, Ukrayna lideri Vladimir Zelenski və hətta “Rusiyanın gələcək prezidenti” Navalnı.

“Ancaq mən Podolyakın adamyeyən adlandırdığı sadistlərin əlindəyəm. Zaxarova Zelenskini gələcəkdə mənim taleyimlə hədələyib. Zaxarovanın sahiblərinin çoxdan öz taleləri haqqında düşünmələri lazımdır. Mən onlara danışıqlara başlamağı, sivil oyun qaydalarına və balanslaşdırılmış ədalətli sistemə keçməyi tövsiyə etdim”, - Saakaşvili müxalif "Formula" telekanalının Droeba proqramına açıq məktubunda yazır.

Share on Facebook