Putinin ətrafından da məlumatlar alırıq - Budanov

"Kəşfiyyatımızın Rusiya prezidenti Vladimir Putinə yaxın mənbələri var".

Sozcu.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kiril Budanov məlumat verib.

"Bizim öz mənbələrimiz var. Belə demək mümkünsə, Putinə ən yaxın otaqlarda. Ona görə də biz adətən nə baş verdiyini bilirik", - Budanov deyib.

O əlavə edib ki, Ukrayna 2014-cü ildə informasiya müharibəsində tamamilə uduzub, lakin nəticə çıxarıb və ona görə də 2022-ci ildə tamamilə fərqli şəkildə başlayıb: "İndi ruslar artıq uduzurlar".

Jurnalistlər Ukraynanın düşmənləri məhv etmək prinsipini İsraillə müqayisə ediblər. Budanov belə bir bənzətməni inkar etməyib.

Share on Facebook