"Bu da Kremlin təşkil etdiyi “blokada”, “humanitar yardım” şousunun tərkib hissəsidir... Vardanyan bir ilə yaxındır Azərbaycan torpağında boş yerə oturmayıb ki..."
Bu gün – iyulun 15-dən Xankəndində fəaliyyətə başlayacaq “xeyriyyə” yeməkxanalarının "ərzaq qıtlığını müəyyən qədər azaldacağı gözlənilir".
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
Yeməkxanalar Putinin milyarder “desantı” Ruben Vardanyanın rəhbərlik etdiyi qondarma “Artsax Təhlükəsizlik və İnkişaf Cəbhəsi” qanunsuz “ictimai hərəkatı” tərəfindən açılır. Burada hamilə qadınlar, 16 yaşdan kiçik uşaqlar və 65 yaşdan yuxarı insanlar yemək yeyə bilərlər. Vardanyanın ofisi bildirir ki, “Sosial yeməkxana” xeyriyyə proqramı “qidalanma ilə bağlı çətinlikləri yüngülləşdirmək məqsədi daşıyır və “ehtiyaclı soydaşlarımıza gündə bir dəfə yemək imkanı təklif edir”. Lakin bu təşəbbüs Xankəndi əhalisi tərəfindən birmənalı qarşılanmır.
“Bu qidaların haradan gəldiyini bilmirəm. Yaxşı olardı ki, həmin məhsullar mağazalara aparılsın, insanlar yaş məhdudiyyəti olmadan bir az alıb bütün ailə ilə yemək yesinlər. Hamı yemək istəyir”, - "Hraparak"ın həmsöhbəti belə deyib.
P.S. Bu da Kremlin təşkil etdiyi “blokada”, “humanitar yardım” şousunun tərkib hissəsidir... Vardanyan bir ilə yaxındır Azərbaycan torpağında boş yerə oturmayıb ki...