İşğalçı Rusiya prezidenti Vladimir Putin dünyasını dəyişib. Hazırda Putinin cəsədi Valdaydakı iqamətgahının soyuducu kamerasındadır.
Sozcu.az "UNİAN"a istinadla xəbər verir ki, bu sözləri məşhur Ukrayna jurnalisti Qordona müsahibəsində rusiyalı siyasi analitik Valeri Solovey söyləyib.
Analitik qeyd edib ki, belə bir vəziyyət son dərəcə alçaldıcıdır, lakin Rusiya diktatoru tamamilə buna layiqdir. Onun sözlərinə görə, Putinin fiziki ölümünə heç bir şübhə yoxdur.
"O, şübhəsiz ki, ölüb. Cümə axşamı, oktyabrın 26-da saat 20:40-da ölüb. Geridönməz şəkildə, nəhayət... Alçaldıcıdır, doğrudu, lakin o, buna tamamilə layiqdir. Onun fiziki ölümünə heç bir şübhə yoxdur", - deyə analitik bildirib.
Solovey qeyd edib ki, 2019-2020-ci illərin sonunda Putinə xərçəng diaqnozu qoyulub. 2020-ci ilin fevralında israilli həkimlər onu əməliyyat ediblər. Sonra onun sağqalma ehtimalının bir il yarımdan çox olmayacağını təyin ediblər.
"Yazda onun müalicəsini dayandırdılar və səhhətində əvvəllər gecikdirilə bilən qaçılmaz pisləşmə başladı. Yayın əvvəlində mənə dedilər ki, onun sağ qalma ehtimalı bu ildən o yana uzanmır. Və avqustun-sentyabrın əvvəlində mənə bildirdilər ki, o, yıxıldıqdan sonra sağ qalmayacaq və bu tamamilə doğru çıxdı”, - deyə Solovey diqqətə çatdırıb.
“Sentyabrın sonunda mənə xəbər verdilər ki, "üfüq" yaxınlaşır və o, oktyabrdan o yana sağ qalmayacaq... Belə də oldu. Oktyabrın 26-da Putin vəfat etdi. Bundan əvvəl, bir neçə gün öncə ürəyi dayanıb, bundan sonra o, artıq intensiv terapiya palatasında, yəni reanimasiyada olub. Saat 20:00-da Putinin vəziyyəti pisləşməyə başlayıb... Əlavə briqada çağırıblar, əlavə reanimasiya tədbirləri görüblər. Lakin Saat 20:40-da o, dünyasını dəyişib”, - deyə analitik yekunlaşdırıb.