14:42
Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 294-VIIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Sozcu.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.9-cu (hər iki halda) və 3.10-cu bəndlərində, 4-cü maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3-cü maddəsinin 3.9-cu bəndində birinci halda “orqan (qurum)” dedikdə Dövlət Məşğulluq Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi qismində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.3. həmin Qanunun 3-cü maddəsinin 3.9-cu bəndində ikinci halda “orqan (qurum)” dedikdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun 3-cü maddəsinin 3.10-cu bəndində “orqan (qurum)” dedikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 4-cü maddəsində birinci halda “orqan (qurum)” dedikdə Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi qismində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 4-cü maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Dövlət Məşğulluq Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 294-VIIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 294-VIIQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş işsizlikdən sığorta haqları üzrə gəlirlərin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
3.2. həmin Qanunun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş işsizlikdən sığorta haqları üzrə gəlirlərin aylıq və rüblük bölgüsünü 10 (on) gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin;
3.3. büdcə təşkilatlarının 2026-cı il yanvarın 1-dək yaranmış işsizlikdən sığorta haqları üzrə borclarına dair məlumatları 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
3.4. “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 294-VIIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
4.1. işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
4.2. “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 294-VIIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
5.1. büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış işsizlikdən sığorta haqları üzrə borclarını 2026-cı il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsın;
5.2. “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 294-VIIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlarla birlikdə tədbirlər görsünlər.
7. Bu Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
***
Prezident İlham Əliyev “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.3-cü, 3.4-cü bəndlərində və 4-cü maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3-cü maddəsinin 3.3-cü bəndində “orqan (qurum)” dedikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.3. həmin Qanunun 3-cü maddəsinin 3.4-cü bəndində “orqan (qurum)” dedikdə Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun 4-cü maddəsində birinci halda “orqan (qurum)” dedikdə Dövlət Sosial Müdafiə Fondu, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 4-cü maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
3.2. həmin Qanunun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin aylıq və rüblük bölgüsünü 10 (on) gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin;
3.3. büdcə təşkilatlarının 2026-cı il yanvarın 1-dək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclarına dair məlumatları 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
3.4. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
4.1. dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
4.2. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
5.1. bu Fərmanın 3.2-ci bəndində qeyd olunan bölgü nəzərə alınmaqla, 2026-cı il üçün dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsi öhdəliklərinin maliyyələşdirilməsi ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitin (transfertin) aylıq və rüblük bölgüsünü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla 10 (on) gün müddətində təsdiq etsin;
5.2. büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclarını 2026-cı il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsın;
5.3. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 293-VIIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlarla birlikdə tədbirlər görsünlər.
7. Bu Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948, № 11, maddə 1199, № 12 (II kitab), maddə 1364; 2025, № 3, maddə 224, № 4 (I kitab), maddə 330, № 5, maddə 459, № 6, maddə 541, № 8, maddə 771, № 11, maddələr 1018, 1025) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 20-1-ci hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 1-ci bəndində “işçi heyətin” sözləri “fiziki şəxslərin” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev Ortamüddətli dövrün sonu (2029-cu il) üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı hədlərinin müəyyən edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
11-1.1-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. Ortamüddətli dövrün sonu (2029-cu il) üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı həddi 13,0 faiz, dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı həddi isə 30,0 faiz müəyyən edilsin.
2. “İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2022-ci ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1637 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 225 (Cild I) 2-ci hissəsində “20,0” rəqəmləri “30,0” rəqəmləri ilə əvəz edilsin.
3. “İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2023-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1950 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1460
(Cild I) 1-ci hissəsindən “ortamüddətli dövr üzrə” , “17,5 faiz,” və “isə” sözləri çıxarılsın.
4. “İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 oktyabr tarixli 2332 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 10, maddə 1380
(Cild I) 1-ci hissəsindən “ortamüddətli dövr üzrə”, “17,5 faiz,” və “isə” sözləri çıxarılsın.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirsinlər.
2. “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi (bundan sonra – Sistem) yaradılsın.
3. Müəyyən edilsin ki:
3.1. Sistem, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sahəsində “bir pəncərə” prinsipi əsasında əlaqələndirməni təmin edir;
3.2. Sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi həyata keçirir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Sistemin əsasnaməsinin layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatlarının “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qaydanı üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi:
5.1. Sistemin formalaşdırılmasını altı ay müddətində təmin etsin;
5.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət qurumları ilə birlikdə qeyri-hökumət təşkilatları üçün müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirmə üzrə mövzu və istiqamətlərin müəyyənləşdirilməsində iştirak etsin;
5.3. Agentliyin yeni strukturu, işçilərinin say həddi və əməyin ödənişi fondu ilə bağlı təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.4. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
6. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1126 (Cild I); 2025, № 8, maddə 748) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısı”nın 8-ci hissəsində “Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” sözləri “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” sözləri ilə əvəz edilsin.
7. “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197; 2025, № 3, maddələr 224, 232, № 5, maddə 444, № 7, maddə 658, № 11, maddə 1018) aşağıdakı dəyişikliklər edilsin:
7.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə 1 – “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı”nın 29.32-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 29.33-cü bənd əlavə edilsin:
“29.33. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi İdarə Heyətinin sədri.”;
7.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 42-ci hissəsi ləğv edilsin.
8. “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 322 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 5-ci hissə üzrə:
8.1.1. 5.1-ci bənddə “11 (on bir)” sözləri “7 (yeddi)” sözləri ilə əvəz edilsin;
8.1.2. 5.2-ci bənddə “8 (səkkiz)” sözləri “4 (dörd)” sözləri ilə, “qeyri-hökumət təşkilatlarının” sözləri “vətəndaş cəmiyyəti institutlarının” sözləri ilə əvəz edilsin;
8.1.3. 5.3-cü bənddə “İcraçı direktor” sözləri “3 (üç) üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti” sözləri ilə əvəz edilsin;
8.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi” üzrə:
8.2.1. 1-ci hissə üzrə:
8.2.1.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.1. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra – Agentlik) qeyri-hökumət təşkilatlarının inkişafı, onların dövlət və cəmiyyət üçün əhəmiyyətli təşəbbüslərinin, proqram və layihələrinin dəstəklənməsi, bu istiqamətdə müvafiq əlaqələndirmə aparılması, dövlət–özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi sahəsində fəaliyyət göstərən, Azərbaycan Respublikasının dövlət büdcəsindən
qeyri-hökumət təşkilatlarının bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında müvafiq dövlət qurumları ilə birlikdə həyata keçirən publik hüquqi şəxsdir;
8.2.1.2. 1.4-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.”;
8.2.1.3. aşağıdakı məzmunda 1.6-1-ci bənd əlavə edilsin:
“1.6-1. Agentliyin rəsmi adı aşağıdakı kimidir:
1.6-1.1. tam halda – “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs, qısaldılmış halda – QHT Agentliyi;
1.6-1.2. ingilis dilində tam halda – “Agency on State Support to
Non-Governmental Organizations of the Republic of Azerbaijan” public legal entity, qısaldılmış halda – NGO Agency.”;
8.2.2. 2.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.4. qeyri-hökumət təşkilatlarının dövlət və cəmiyyət üçün əhəmiyyətli təşəbbüslərini, proqram və layihələrini dəstəkləmək, bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək, habelə dövlət–özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərini təkmilləşdirmək və təşviq etmək;”;
8.2.3. 3-cü hissə üzrə:
8.2.3.1. 3.1.7-ci yarımbənddən “təqvim ili üzrə” sözləri çıxarılsın və həmin yarımbəndə “şəxslərinə” sözündən sonra “, habelə bələdiyyələrə” sözləri əlavə edilsin;
8.2.3.2. aşağıdakı məzmunda 3.1.11-1-ci və 3.1.12-1-ci yarımbəndlər əlavə edilsin:
“3.1.11-1. qeyri-hökumət təşkilatlarının səriştəliliyinin və məsuliyyətinin artırılmasına, onların dayanıqlı inkişafına yönəlmiş tədbirlər görmək;”;
“3.1.12-1. Azərbaycan Respublikasının dövlət büdcəsindən qeyri-hökumət təşkilatlarının bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında müvafiq dövlət qurumları ilə birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun təşkil etmək;”;
8.2.3.3. 3.2.13-cü yarımbəndə “əməkdaşlarını” sözündən sonra “və
qeyri-hökumət təşkilatlarının nümayəndələrini” sözləri əlavə olunsun və həmin yarımbənddə “onların” sözü “habelə Agentlik əməkdaşlarının” sözləri ilə əvəz edilsin;
8.2.4. 4-cü hissə üzrə:
8.2.4.1. 4.2-ci bənddə “İcraçı direktordur” sözləri “İdarə Heyətidir” sözləri ilə əvəz edilsin;
8.2.4.2. 4.4-cü və 4.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“4.4. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 7 (yeddi) üzvdən ibarətdir. Şuranın 4 (dörd) üzvü vətəndaş cəmiyyəti institutlarının, digər 3 (üç) üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir. Şuranın sədri Şuranın iclasında Şura üzvü olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri sırasından 4 (dörd) il müddətinə seçilir.
4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.”;
8.2.4.3. 4.7.4-cü yarımbənddə “İcraçı direktoru və onun müavinini” sözləri “Agentliyin İdarə Heyətinin sədrini və onun müavinlərini” sözləri ilə əvəz edilsin;
8.2.4.4. 4.7.9-cu və 4.7.11-ci yarımbəndlərdə “İcraçı direktorun” sözləri “İdarə Heyətinin” sözləri ilə əvəz edilsin;
8.2.4.5. 4.8-ci bənd üzrə:
8.2.4.5.1. birinci cümlədə “rübdə bir” sözləri “ildə 2 (iki)” sözləri ilə əvəz edilsin;
8.2.4.5.2. ikinci cümlədə “İcraçı direktor” sözləri “İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin;
8.2.4.5.3. altıncı cümlədə “Şura sədrinin (və ya onu əvəz edən müavinin)” sözləri “iclasa sədrlik edənin” sözləri ilə əvəz edilsin;
8.2.4.6. 4.9-cu bənddə “İcraçı direktora” sözləri “İdarə Heyətinin sədrinə” sözləri ilə əvəz edilsin;
8.2.4.7. 4.10-cu bənddə “İcraçı direktor da” sözləri “İdarə Heyətinin sədri də” sözləri ilə əvəz edilsin;
8.2.4.8. 4.13-cü bəndin üçüncü cümləsində “İcraçı direktora” sözləri “İdarə Heyətinin sədrinə” sözləri ilə əvəz edilsin;
8.2.4.9. 4.16-cı bənd üzrə:
8.2.4.9.1. 4.16.1-ci yarımbənddə “İcraçı direktorun” sözləri “İdarə Heyətinin” sözləri ilə əvəz edilsin;
8.2.4.9.2. 4.16.3-cü yarımbənddə “İcraçı direktorun” sözləri “İdarə Heyəti sədrinin” sözləri ilə əvəz edilsin;
8.2.4.10. 4.17-ci bənddən “Şura sədrinin müavini, Şura sədrinin müavini olmadıqda isə” sözləri çıxarılsın;
8.2.4.11. 4.20-ci bənd üzrə:
8.2.4.11.1. birinci cümlədə “İcraçı direktor” sözləri “İdarə Heyəti” sözləri ilə əvəz edilsin;
8.2.4.11.2. ikinci cümlədə “İcraçı direktor” sözləri “İdarə Heyətinin sədri və onun müavinləri” sözləri ilə əvəz edilsin;
8.2.4.11.3. üçüncü cümlədə “İcraçı direktorun” sözləri “İdarə Heyəti sədrinin” sözləri ilə əvəz olunsun və həmin cümləyə “azad edilən” sözlərindən sonra “2 (iki)” sözləri əlavə edilsin;
8.2.4.12. 4.21-ci bənddə “İcraçı direktor” sözləri “İdarə Heyətinin sədri” sözləri ilə, “müavini” sözü “müavinlərindən biri” sözləri ilə əvəz edilsin;
8.2.4.13. 4.22-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.22. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.22.1. Agentliyin fəaliyyətini təşkil etmək;
4.22.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;
4.22.3. Şuranın qərarlarını icra etmək;
4.22.4. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.22.5. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.22.6. bu Nizamnamənin 3.1.19-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.22.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;
4.22.8. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.22.9. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.22.10. Şuranın və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.”;
8.2.4.14. aşağıdakı məzmunda 4.22-1-ci və 4.22-2-ci bəndlər əlavə edilsin:
“4.22-1. İdarə Heyətinin sədri aşağıdakı vəzifələri yerinə yetirir:
4.22-1.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.22-1.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.22-1.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.22-1.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.22-1.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.22-1.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.22-1.7. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.22-1.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
4.22-1.9. Agentlik işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
4.22-1.10. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
4.22-1.11. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.22-1.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.22-1.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.22-1.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.22-1.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.22-1.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.
4.22-2. İdarə Heyətinin üzvləri:
4.22-2.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.22-2.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.22-2.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.22-2.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.22-2.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.”;
8.2.4.15. 4.23-cü bənddə “İcraçı direktor və onun müavini” sözləri “İdarə Heyətinin üzvləri” sözləri ilə əvəz edilsin;
8.2.5. 5.1-ci bənddə “100 000 (yüz min)” sözləri “134 945 (yüz otuz dörd min doqquz yüz qırx beş)” sözləri ilə əvəz edilsin.
9. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 942 (Cild I) birinci hissəsində ikinci halda “sədri” sözü “üzvü” sözü ilə əvəz edilsin.
10. “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 493 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) 1-ci hissəsinin “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri” abzası ləğv edilsin.
11. “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 637 (Cild I) 1-ci hissəsində dördüncü halda “sədri” sözü “üzvü” sözü ilə əvəz edilsin.
12. “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 aprel tarixli 2609 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 378 (Cild I) 1-ci hissəsi ləğv edilsin.
***
Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 306-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 175-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında üçüncü halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;
1.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.2.1-ci maddəsində üçüncü halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 306-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 176 (Cild I); 2024, № 1, maddə 34, № 2, maddə 153, № 12 (II kitab), maddələr 1366, 1383; 2025, № 1, maddə 35, № 6, maddə 549) 2-ci hissəsinin iyirmi altıncı–iyirmi səkkizinci abzasları müvafiq olaraq iyirmi yeddinci–iyirmi doqquzuncu abzaslar hesab olunsun və həmin hissəyə aşağıdakı məzmunda iyirmi altıncı abzas əlavə edilsin:
“həmin Qanunun 175-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;”.
4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I); 2024, № 4, maddələr 375, 397, № 5 (I kitab), maddə 529, № 12 (II kitab), maddələr 1366, 1383; 2025, № 1, maddə 35, № 4 (I kitab), maddələr 325, 338, № 6, maddə 549, № 8, maddə 773) aşağıdakı məzmunda 5.11-3-cü bənd əlavə edilsin:
“5.11-3. həmin Qanunun 45.2.1-ci maddəsində üçüncü halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;”.
***
Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsi haqqında fərman imzalayıb.
Fərmana əsaəsn, gələn il ARDNF-in büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat (bu illə müqayisədə 9,8 % az), büdcə xərclərinin isə 13 milyard 16 milyon manat (11 % az) olması proqnozlaşdırılır.
2026-cı il üçün dövlət büdcəsində Fonddan transfertin məbləği 12 milyard 835 milyon manat nəzərdə tutulub. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,4 % azdır.
***
Prezident İlham Əliyev “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisələri) müşahidə şuralarında (himayəçilik şuralarında və ya direktorlar şuralarında) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin təmsil olunması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
4.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaların 4.1-ci bəndində, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydaların 3.1-ci və 6.1-ci bəndlərində nəzərdə tutulan məlumat və hesabat formalarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yeni dövlət müəssisəsinin təsis edilməsi, habelə mövcud dövlət müəssisəsinin yenidən təşkili və ya ləğvi ilə bağlı məlumatları hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alındığı tarixdən 5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
6. Dövlət müəssisələri:
6.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaların 4.1-ci və 4.6-cı bəndlərində nəzərdə tutulmuş məlumatları (hesabatları) 2026-cı il aprelin 1-dən başlayaraq, həmin Qaydalarda göstərilmiş müddətlərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formada həmin Nazirliyə təqdim etsinlər;
6.2. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydalara uyğun olaraq, 2023 – 2025-ci illərin yekunu üzrə maliyyə hesabatlarını (maliyyə hesabatının tərtibi qanunla müəyyən edilmiş qaydada məcburi olduğu halda), habelə 2026-cı il üzrə təsdiq edilmiş büdcələrini 2026-cı il aprelin 30-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
7. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
