Polisin axtardığı məktəbli qızlar, görün, harda imişlər - Foto

00:57

Abşeronda 2 məktəbli qız itkin düşüb.

Sozcu.az Report-a istinadən xəbər verir ki, 14 yaşlı şagirdlər dərsdən sonra evə qayıtmayıblar

Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri – Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar.

Onların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər.

***

Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düşməsi üzrə daxil olan məlumatla bağlı polis əməkdaşları tərəfindən dərhal axtarış elan edilib.

Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənələrinin yanına gediblər.

Əməldə hər hansı kriminal tərkib yoxdur.

887318d1325ffb328c54843b0d3a62be.jpg

Share on Facebook