İranda keçirilən prezident seçkilərində Məsud Pezişkian qalib gəlib.
Bu seçkilərdə Pezişkianın qələbəsi, xüsusilə bu qələbənin tanınması çoxları üçün gözlənilməz hadisədir.
Əslində ötən seçkilərdə namizəd olaraq seçkilərə buraxılmayan Pezişkianın bu dəfə 6 namizəddən biri kimi seçkilərdə iştirakına icazə verilməsi əhalinin daha çox hissəsinin seçkilərə qatılması naminə edilmişdi.
Pezişkian həm islahatçı qanadın yeganə nümayədəsi, həm də yeganə Azərbaycan türkü olaraq birgə seçki kampaniyası aparan digər 5 namizəddən fərqlənirdi.
Bəlkə ilk dəfə prezidentliyə namizəd seçki kampaniyasını islahatçı şüarlarla yanaşı, həm də aşkar azərbaycançı, türkçü şüarlarla aparırdı.
Bu seçki taktikası Azərbaycan əsilli Məsud Pezişkiana uğur gətirdi.
Seçkilərin ikinci turu ərəfəsində Pezişkianın qalib gələcəyindən ehtiyatlanan ali dini rəhbərin ona qarşı açıq mövqe bildirməsinə baxmayaraq Pezişkian rəqibindən fərqli üstün səs toplayaraq qalib gəldi.
…Pezişkianın seçkidən sonrakı mövqeyinin necə olacağı hələlik məlum deyil.
İran kimi mürəkləb bir ölkədə bu seçkilərin nəticələri kimi başqa gözlənilməz gedişatlar da ola bilər.
Amma bu seçkilərin hələlik məlum olan nəticələri İranda Azərbaycan amilinin mühüm yüksəlişi olmaqla yanaşı, mühafizəkar tərəfin mövqelərinə ciddi zərbədir.
Ümid edək ki, 5 iyul seçkiləri bu ölkədə intizarla gözlədiyimiz böyük dəyişikliklərin başlanğıc nöqtəsi olacaq.
Arif Hacılı, Müsavat Partiyası Məclis sədri