Qarabağ məsələsi hələ qapanmayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasından olan deputatı Akop Aslanyan tərəfindən səslənib.
O, yerli mətbuata müsahibəsində “Qarabağ münaqişəsini həll olunmuş adlandıran” Rusiyanın xarici işlər naziri Sergey Lavrova etiraz edib.
“Qoy Lavrovlar getsinlər dəfnə yarpaqlarını (rusça лавро́вый лист-dəfnə yarpağı) qurutsunlar. Ən böyük rolu o oynadığına görə, ümumiyyətlə, Rusiya faktorundan danışmayaq. Lavrovlar və Zaxarovalar öz işləri ilə məşğul olsunlar” - deyə deputat Akop Aslanyan bildirib.
Erməni siyasətçi “çoxəsrlik erməni-rus dostluğunun mövcud olmadığını” sözlərinə əlavə edib.