“Biz Azərbaycan və Ermənistan arasında əvvəllər mövcud olmuş bütün dəmir yolu əlaqələrini bərpa etməyə hazırıq”.
Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, magistral və dəmir yollarını bərpa etmək istədiklərini bildirib:
“Bunlardan birincisi, Azərbaycanın Qazax bölgəsini Ermənistanın Tavuş rayonu ilə birləşdirən şimal marşrutu, ikincisi Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən cənub marşrutudur. Həmçinin Azərbaycanın qərb rayonlarının şimal marşrutu ilə də Naxçıvan və xarici ölkələrlə əlaqə yarada biləcəyinə inanırıq. Ermənistan buna hazır olduğunu rəsmi şəkildə bildirib. Daha sonra şimal, orta və cənub zolağında magistral yolların salınması da var. Bunlar regionumuz üçün yeni imkanlar yaradacaq. O cümlədən Türkiyə ilə Emrənistan arasında da dəmir yollarının açılması, magistral yolun yenidən qurulmasına hazırıq”.