Ermənistan Rusiya hərbi bazalarını öz ərazisində saxlamağa davam etməkdə heç bir üstünlük görmür.
Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Wall Street Journal" nəşrinə müsahibəsində bildirib.
"Bu hadisələr bizi mahiyyətcə təhlükəsizlik sahəsində əlaqələrimizi şaxələndirməli olduğumuz qərara gətirdi və biz indi bunu etməyə çalışırıq", - Paşinyan bildirib.
O nəşrə müsahibəsində qeyd edib ki, Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədiyi üçün İrəvan yeni tərəfdaşlar axtarır.
Qəzet xatırladıb ki, bir neçə gün əvvəl Ermənistan Fransadan müasir hava hücumundan müdafiə sistemlərinin alınmasına dair saziş imzalayıb.