Paşinyandan Bakı və İrəvan arasında razılaşma ilə bağlı PAYLAŞIM

Ermənistan Baş naziri Nikol Paşinyan Bakı və İrəvan arasında əldə edilən razılaşma ilə əlaqədar paylaşım edib.

Sozcu.az xəbər verir ki, o, özünün "X" hesabında birgə açıqlamanı paylaşıb.

Paşinyan bildirib ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

"Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir", - paylaşımda deyilir.

Share on Facebook