Paşinyan Samvel Babayanla işləməyi RƏDD ETDİ

Ermənistanın Baş naziri Nikol Pasinyan Qarabağdan qovulmuş qondarma “artsax” separatçılarının keçmiş rəhbərlərindən olan Samvel Babayanın “dirilmək” cəhdlərini dəfn edib.

Sozcu.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Paşinyan Qarabağ ermənilərinin geri qayıdışı üçün danışıqlar aparmaq səlahiyyətləri əldə etməyə çalışan qondarma “artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”ni məyus edib. Məlumata görə, Paşinyan daha Samvel Babayanın xidmət göstərməsi üçün maraqlı deyil.

“Hraparak” yazır ki, S.Babayanın sözlərinə görə, o, artıq özünü aldadılmış hesab edir.

Qeyd edək ki, qondarma “artsaxın təhlükəsizlik şurasının keçmiş katibi” S.Babayan vaxtaşırı səs-küylü bəyanatlar və açıqlamalarla gündəmə gəlir, Qarabağ separatçılarının rəhbərlərini “vurmaq”la Paşinyanın “əlinə oynayırdı”.

O, Qarabağı tərk edən ermənilərin problemləri ilə məşğul olacaq, eləcə də Azərbaycanla danışıqlar aparacaq struktur formalaşdırmağa çalışırdı. Paşinyan özü də əvvəlcə buna meylli idi, lakin son vaxtlar bu plandan imtina edib. 

"Hraparak" yazır ki, Nikol Paşinyan "artsax"la bağlı hər şeyi unutdurmaq və fəal olanları gözdən salmaq, onları Ermənistanın təhlükəsizliyinə təhdid kimi təqdim etmək qərarına gəlib.

Share on Facebook