“Qarabağdan olan məcburi miqrantlara müvəqqəti müdafiə statusu veriləcək”.
Sozcu.az erməni mediasına istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Baş nazir parlamentdə bildirib ki, bu, Qarabağdan olan ermənilərin qaçqın statusunu qeydə almağa, Ermənistan vətəndaşlığına sonrakı qəbul məsələsini həll etməyə və hüquqlarını qorumağa imkan verəcək.
Qərar Nazirlər Kabinetinin sabahkı iclasında təsdiqlənəcək Bildirilib ki, bu məsələ uzun müddətdir müzakirə olunur. “Məcburi köçkünlərin təcili yardıma ehtiyacı var. Həmçinin dövlət proqramlarını köçənlərin maraqlarına uyğunlaşdırmaq lazımdır”-baş nazir bildirib.
P.S.Qeyd edək ki, Paşinyanın “məcburi köçkün” adlandırdığı erməniləri Azərbaycan Qarabağdan nəinki köçməyə məcbur etməyib, hətta onların vətəndaşlıq alaraq rahat yaşaması üçün əlindən gələni edib.