Paşinyan Ərdoğanın andiçməsinə gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmaq üçün Ankaraya gedə bilər.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Faktı Ermənistanın Nazirlər Kabineti təsdiqləyib.

Qeyd edək ki, bundan öncə Paşinyanın Ərdoğanın iyunun 3-də keçiriləcək andiçməsinə dəvət olunmadığı deyilirdi.

Share on Facebook