Paşinyan: “Bir neçə saata qoşunların yeri dəyişə bilər” – Ermənistan sərhədə ordu yığır?

“Hazırda nə Azərbaycan, nə də bizim tərəfimizdən sərhədə qoşun yığılmır”.

Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə müsahibəsində bildirib.

“Ötən gün ərzində sərhəddə sadəcə bir güllə açılıb. Bu eskalasiya vəziyyətinin demək olar ki, 0 olduğu mənasına gəlir. Sərhəddə heç bir gərginlik yoxdur. Lakin müasir dünyada hər an hər şey ola, bir neçə saata qoşunların yeri dəyişə bilər. Lakin Azərbaycanla məsələləri həll etsək, müharibənin mənası qalmayacaq”,- Paşinyan deyib.

Share on Facebook