“İki siyasətçi bir-biri ilə danışanda, əslində, iki xalq danışır. Çünki bir tərəfdə o xalqın seçdiyi, digər tərəfdə bu xalqın seçdiyi şəxs masa başında oturur. Söhbətlərimizə gəldikdə isə bunlar beynəlxalq platformalarda müzakirə edilir. Bu, xalqlarımızın rifahına hesablanmış bir addımdır”.
Sozcu.az “Euronews”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, telekanala verdiyi müsahibə zamanı Azərbaycan və Ermənistan xalqına müraciətində bildirib.
“Yeri gəlmişkən, həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti öz hakimiyyətlərindən sülh tələb etməlidir. Bu, ictimai tələb isə sülhün bərqərar olunmasında çevikliyi həyata keçirmək bacarığı kimi formalaşdırılmalıdır”.