Partiyamız irəli sürsə, prezidentliyə namizəd olaram - Mansur Yavaş

Türkiyənin paytaxtı Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Gənclik Kitabxanasının açılışını edib.

Sozcu.az xəbər verir ki, o, açılışdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Paytaxtın merindən prezidentliyə namizədliyi ilə bağlı soruşulub, Yavaş suala belə cavab verib:

“Türkiyədə bəzi əsassız məlumatlar uydurmaq sərbəstdir, bununla bağlı heç bir cəza müddəası yoxdur. Sədrimiz (CHP sədri Özgür Özel nəzərdə tutulur - red.) açıq-aydın deyir ki, gün gələndə kimin namizəd olacağına partiya qərar verəcək".

Ölkənin gündəminin yalnız iqtisadiyyat olduğunu bildirən Yavaş əlavə edib: “Biz həmişə demişik ki, partiyamız bizi irəli sürsə, namizəd olacağıq. Gündəlikdə bundan başqa danışılası söz yoxdur. Bundan başqa deyilən sözlərin heç bir dəyəri yoxdur. Müxalifət ölkədə yaşanan problemlərin həlli üçün bütün gücü ilə çalışmalıdır”.

Share on Facebook