Avrokuboklarda 3-cü təsnifat mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Sozcu.az xəbər verir ki, Avropa Liqasında "Qarabağ"ın səfərdə Finlandiya HİK-inə 2:1 hesabı ilə qalib gəldiyi matçı 7612 nəfər izləyib. Bu nəticə ilə sözügedən oyun siyahıda ikinci olub.
Konfrans Liqasında "Neftçi"nin Türkiyədə "Beşiktaş"a 1:2 hesabı ilə uduzduğu matça 21890 nəfər stadiondan baxıb. Matç 3-cü olub.
"Sabah"ın Serbiyada "Partizan"a 0:2 (pen: 4:5) hesabı ilə yenildiyi görüş isə 14225 nəfərlə səkkizinci sıradadır.