Paşinyan və hökuməti azərbaycanlıların Ermənistana qayıtmasına razılıq verib.
Sozcu.az erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan öz feysbuk səhifəsində videomüraciətində bildirib.
“Bu gün dövriyyəyə buraxılıb ki, əgər biz "Artsax" (Qarabağ-M.) ermənilərinin öz evlərinə qaytarılması məsələsini qaldırsaq, o zaman Azərbaycan da öz vətəndaşlarının Ermənistana qaytarılması məsələsini qaldıracaq. Amma bu, artıq çılğınlığın, əxlaqsızlığın zirvəsidir. Bu, əxlaqsızlıqdır, çünki Paşinyan və hökuməti bir ildən artıqdır ki, azərbaycanlıların Ermənistana köçməsi məsələsini müzakirə edir və anklavların qaytarılmasına razılıq verib. Başqalarının bu iki kateqoriyanın qaytarılmasını eyni səviyyəyə qoymasına icazə vermək diplomatik dəlilikdir”, - deyə Oskanyan sərsəmləməsinin davamında bildirib.musavat.com)