“Onların qarşımıza yeni bir oyunla çıxacağı istisna edilmir...”

Paşinyan Qarabağ separatçılarını Ermənistan dövlətçiliyinin altına qoyulmuş dinamit  hesab edir...”

“İlin sonunda tamamilə ortadan qaldırılması nəzərdə tutulan qondarma qurumun “prezident aparatı”, “parlamenti”, “höküməti” və başqa qurumları artıq olmayacaq. Demək,  bu səhifə bağlanacaq. Amma onların yeni bir “oyunla” qarşımıza çıxacağı istisna edilmir”

Ermənişünas alim Qafar Çaxmaqlı moderator.az-a açıqlamasında  3 ay öncə Qarabağda gorbagor(!) edilmiş separatçı-terrorçu rejimin İrəvana sığına bilmiş tör-töküntülərinin  hazırkı fəaliyyəti haqda danışarkən belə deyib.

Şərhçinin fikirlərindən belə çıxır ki, hansısa beynəlxalq güclər separatçı-terrorçu rejimin Ermənistanda öz fəaliyətini davam etdirməsində maraqlıdır.

“2024-cü il yanvarın 1-ə az qalıb. İndi Ermənistanda  Dağlıq Qarabağın separatçı qurumunun sonuncu rəhbəri Samvel Şahramanyanın sentyabrın 28-də separatçı qurumun bütün institutlarının ləğvi ilə bağlı imzaladığı sənəd daha çox müzakirə edilir.  İddia edənlər var ki, Şahramanyan bu sənədi basqı və təzyiq altında imzalayıb, Azərbaycan qarşısında müəyyən “öhdəliyi” olub və ona görə də azadlıqdadır, o biri “liderlər” kimi Bakı həbsxanalarında deyil. Şahramanyan deyilən bu şəxsin imzaladığı sənədlə bağlı  o fikir də səsləndirilir ki, İrəvana gələndən sonra o həmin sənəddən imtina edib, belə bir imza atmadığını deyib  və hətta Qarabağ erməniləri ilə görüşlərinin birində  Qarabağda olan separatçı institutların fəaliyyətini davam etdirdiyini bildirib. Və Azərbaycanın bu bölgəsi ilə bağlı Ermənistanda fəaliyyət göstərən 150  ictimai, siyasi, qeyri- hökümət və digər  təşkilatlarının dekabrın 9-da keçirilən toplantısında Qarabağa geri dönüşün təşkili haqda bəyanatın altına imza atıb”.  Həmin görüşdə qəbul olunan bəyanatda deyilir ki, Qarabağın səhifəsi hələ bağlanmayıb və Ermənistana gələn əhalinin beynəlxalq  haqları qalmaqdadır və onların geri dönüşü üçün təhlükəsizlik mexanizmləri yaradılmalıdır və onlar beynəlxalq güvənlik alaraq yenidən Qarabağa qayıtmalıdırlar”- deyə şərhçi bildirib. 

“Ermənilərin guya  Azərbaycanın əhalini zorla  köç etdirməsi barədə fikirlərinin yalan olduğu hər an ortaya çıxır. Hamı bilir ki, onlara heç bir təzyiq edilməmişdir və özləri könüllü şəkildə Ermənistanın yolunu tutmuşlar.  Azərbaycan buna manemi olmalıydı?     Separatçı təşkilatların yarıgizli-yarıaçıq 9 dekabr görüşündən sonra  Ermənistan hakimiyyətin münasibətini  təhlil etsək, bu nəticəyə gələ bilərik ki,   Paşinyan və onun komandası Qarabağ separatçılarının  bu şəkildə  Ermənistanda fəaliyyətini məqbul hesab etmir və bunu Ermənistanın gələcəyinə təhlükə sayır, Ermənistan dövlətçiliyinin altına qoyulmuş iç dinamit  hesab edir”-  Qafar Çaxmaqlı açıqlamasının davamında belə deyib.   

Azərbaycan rəhbərinin dəfələrlə vurğuladığı Ermənistanda revanşizmin qalması anlamında  bu, müəyyən əsaslar yaradır və  təşkilatların bir araya gəlib bəyanatlar verməsi Ermənistan – Azərbaycan sülh danışıqlarına mane olur. Paşinyan da əlavə başağrısı istəmir.  Bəziləri Qarabağ separatçılarının təşkilatlarının Ermənistandan çıxarılması və hansısa neytral ölkədə fəaliyyət göstərməsini təklif edirlər. Bütün bunlar göstərir ki, Qarabağ ermənilərinin bu şəkildə Ermənistanda qalması gələcəkdə ciddi və gərgin siyasi situasiya yarada bilər.

İlin sonunda tamamilə ortadan qaldırılması nəzərdə tutulan qondarma qurumun “prezident aparatı”, “parlamenti”, “höküməti” və başqa qurumları artıq olmayacaq. Demək,  bu səhifə bağlanacaq. Amma onların yeni bir “oyunla” qarşımıza çıxacağı istisna edilmir”- deyə ermənişünas alim diqqətə çatdırıb.

Share on Facebook