“Günün müəyyən saatlarında yük avtomobillərinin şəhər mərkəzində hərəkəti məhdudlaşdırılıb. Yalnız axşam saat 10-dan sonra şəhərə girə bilirlər. Səhər saat 7:30-dan axşam saat 10-na qədər şəhərdə olmalı deyillər. Əgər olarlarsa bu artıq qanun pozuntusudur”
Bunu Moderator.az-a açıqlamasında ekspert Elməddin Muradlı deyib. O daha sonra bildirib ki, burada da istisnalar var.
“Şəhərdə gördüyünüz yük maşınları isə xüsusi icazə ilə, portal vasitəsilə hərəkət edir. Bura bəzi şirkətlər, müəssisələr və idarələrin bəzi avtomobilləri daxildir. Başqa hallarda onların şəhərdə hərəkəti qayda pozuntusu sayılır, nəqliyyat vasitəsi saxlanılır, duracağa qoyulur. Yalnız axşam saat 10-dan sonra sürücü gedib maşını götürə bilər. Nişanın tələbini pozub şəhərə girdiyinə görə isə 40 manat məbləğində cərimə olunurlar” deyə ekspert bildirib.