Oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra həlak olan israillilərin sayı 600-ü keçib.
Sozcu.az xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 2000-dən çox yaralı var.
“İsrail rəsmiləri bu rəqəmlərin son olmadığını və ölən və yaralananların sayının artmağa davam edəcəyini vurğulayırlar”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, İsrail ordusu hərbi əməliyyatlar başlayandan bəri Müdafiə Qüvvələrinin 26 hərbçisinin həlak olduğunu açıqlamışdı.