HƏMAS qruplaşmasının İsrailə hücumu nəticəsində ölənlərin sayı 1400-ə çatıb.
Sozcu.az xəbər verir ki, bu barədə I24 telekanalı məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində yaralanların sayı 3500 nəfərdir.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS və "İslami-Cihad" hərəkatının İsrailə kütləvi hücumu baş verib. Nəticədə yüzlərlə israilli ölüb və yaralanıb, həmçinin girov götürülüb.
İsrail ordusu cavab tədbirləri görür.