Binəqədi Rayon İcra Hakimiyyəti məhkəməyə verilib.
Sozcu.az xəbər verir ki, iddiaçı Yusifov İbiş Əli oğludur.
Araşdırmalarımız zamanı məlum olub ki, 2008-ci ildə İbiş Yusifova məxsus 358 kvadratmetrlik obyekt sökülüb. Obyektin sökülməsi "Nəsimi” metrostansiyanın tikintisi ilə bağlı olub. Lakin buna görə vətəndaşa kompensasiya ödənilməyib.
İbiş Yusifov dəfələrlə "Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə, Bakı şəhər və Binəqədi rayon icra hakimiyyətlərinə müraciətləri nəticəsiz qalıb.
Vətəndaş öncə sökülən obyektə görə 1 milyon 878 min, ötən illərdə əldən çıxmış fayda və mənəvi ziyana görə də 500 min manat (cəmi 2 milyon 378 min) kompensasiya tələb edib. Sonradan iddia tələbində məbləğ dəyişib. Mülkiyyətçi 4 milyon tələb edib. Lakin qarşı tərəf bununla razılaşmadığına görə iş məhkəməyə qədər uzanıb. Məhkəmə çəkişməsi illərdir ki, davam edir.
İşə bir dəfə Bakı İnzibati-İqtisadi Məhkəməsində, iki dəfə Bakı Apellyasiya Məhkəməsində, iki dəfə də Ali Məhkəmədə baxılıb.
Hazırda iş yenidən apellyasiya mərhələsindədir. İbiş Yusifovun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Məmməd Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. qaynarinfo)