"O məqamda Putin ya ölü, ya da sürgündə olacaq"

"Sovet İttifaqı hələ də dağılmaqda, onun tozu çökməkdədir..."

"24 fevral 2022-ci il tarixi Rusiya Federasiyasının iflasının ən mühüm məqamıdır..."

"Siz narazı rusiyalıların üsyanını görəcəksiniz, regionlar Moskvadan müstəqillik tələb edəcək..."

Rusiyanın parçalanması labüddür, bu, onun Ukrayna ilə tammiqyaslı müharibəsində məğlubiyyətindən sonra baş verə bilər.

Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın "Hadson İnstitutu" analitik mərkəzinin baş elmi əməkdaşı Lyuk Koffi Britaniyanın "Daily Mail" qəzetinə verdiyi müsahibəsində bəyan edib.

"Rusiyalı hərbçilərlə Putinin səhra komandirləri arasında ixtilaflar apogeyə çatıb, Ukrayna hücum astanasındadır, müxalif siyasətçilərdən biri artıq  o qədər uzağa gedib ki, ötən həftə dövlət televiziyasında Putinin özünün əvəzlənməsinə çağırış edib.

Belə olan halda doğrudanmı bu, Rusiya tiranının sonunun başlanğıcıdır? "Bəli, bu, belədir", - Lyuk Koffi hesab edir və əlavə edir ki, Putinin dünyasının dəyişməsinin ardınca tez bir zamanda Rusiyanın özü parçalanacaq", - qəzet yazır.

Ekspert qeyd edib ki, Sovet İttifaqı hələ də dağılmaqda", "onun tozu çökməkdədir". Başqa sözlə desək, Putin nə qədər bunu istəsə də, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra müstəqillik qazanmış ölkələr daha heç vaxt birlləşməyəcək.

"Tarixçilər bu barədə yazanda, onlar, ehtimal ki, 24 fevral 2022-ci il tarixini  (Ukraynaya hərbi müdaxiləsi tarixi) Rusiya Federasiyasının iflasının ən mühüm məqamı adlandıracaq", - ekspert qeyd edib.

Onun fikrincə, Rusiya Ukraynada məğlubiyyətə uğrayanda iki hissəyə parçalanacaq. Sərt yanaşma tərəfdarları qonşu ölkəyə daha bir hücumu çağırış edəcək, oliqarxlar isə Qərblə münasibətləri nizama salmaq və əldə etdikləri sərvətlərini qoruyub saxlamaq istəyəcək.

"Nəticədən asılı olmayaraq, o məqamda Putin ya ölü, ya da sürgündə olacaq. Ukraynadan əsgərlər geri dönəndə, digər regionlar Moskvaya qarşı üsyan edəcək və müstəqillik tələb edəcək", - Koffi əmin edib.

Onun fikrincə, milli azlıqların nümayəndələri, - bu, xüsusilə hazırda Ukraynada döyüşən Rusiya qüvvələri arasında qeyri-mütənasib şəkildə təmsil olunan Şimali Qafqazlılara aiddir, - məğlubiyyətdən sonra evlərinə döyüş təcrübəsi ilə dönəcək.

"Siz narazı rusiyalıların üsyanını görəcəksiniz. Moskva ölkənin hansı parçaları uğrunda mübarizə aparmaq barədə qərar verməli olacaq", - Lyuk Koffi deyib.

Xatırladaq ki, dünən "Vahid Rusiya" partiyasından olan deputat Konstantin Zatulin bəyan edib ki, prezident Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsi zamanı qarşıya qoyduğu məqsədlərin heç birinə nail olunmayıb. Bu zaman, onun fikrincə, bu məqsədlərdən bəziləri hər hansı mənasını itirib.

Böyük Britaniya Müdafiə Nazirliyinin ekspertləri əmin edib ki, rusiyalı siyasətçiləri Kremlin ünvanına açıq tənqidi fikirlər söyləməyə "Vaqner qrupu" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin aqressiv ritorikası sövq edir.

Share on Facebook