Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkisi keçirmək fikrində deyil.
Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.
“Bu məsələni müzakirə etməmişik və etmək fikrində deyilik”, - o bildirib.
Qeyd edək ki, Ermənsitan parlamentinin müxalifətdən olan “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 33 deputatı növbədənkənar sessiyanın çağırılması tələbi ilə müraciət edib.