Niyə çəkirsən Ya Rəbb bunca imtahana məni?
Məyər ki, bu məqsədlə xəlq etdin cahanə məni?
Yarımı aldın əlimdən təzə yetmiş vüsala,
Od vurub can evimə, qoydun yanə-yanə məni.
Həmişə rişxənd ilə Məcnuna lağ eyləmişəm,
Deyəsən cəza verib, eylədin divanə məni.
Əlimdə yox imkanım mən qovuşum cananıma,
Duamı qəbul eylə ,çatdır o imkanə məni.
Ürəyim dözmür artıq bu dünya haqsızlığına,
Niyə xəlq etməmisən hər şeyə biganə məni?!
Hər tərəf yırtıcılar,çaqqallarla dolub daşir,
Tək necə baş çıxarım, atmısan ormanə məni?!
Mən şeir yazmağa taa uşaq ikən başlamışam,
Şair tək yetişdirdi bu çətin zəmanə məni.
Şeiriyyat bir dənizdir, sahili gözlə görünməz,
Atmısan xırda balıq tək həmən ümmanə məni.
Elçinəm nədən məni dağ kimi xəlq eyləmədin?
Dağ boyda bir dərd ilə bənzətdin insanə məni.
Elçin Rəhimzadə