Nəriman Axundzadə uşaq sığınacağına baş çəkdi - Foto

“Qarabağ” klubunun futbolçusu Nəriman Axundzadə uşaq sığınacağını ziyarət edib. 

Sozcu.az xəbər verir ki, 21 yaşlı oyunçu “Qarabağ Ordu” azarkeş klubu ilə birgə “Ümid yeri” uşaq sığınacağında olub.

Yeni il münasibətilə baş tutan görüş zamanı futbolçu sığınacaqda yaşayan uşaqlarla vaxt keçirib, onlara imzalı formalar və müxtəlif hədiyyələr bağışlayıb.

Xatırladaq ki, Nəriman Axundzadə "Qarabağ"-"Ayaks"la matçda sərgilədiyi oyuna görə çoxsaylı tənqidə tuş gəlmişdi.

6b9ed71303da7971c42604fe74e55421.jpg

Share on Facebook