"Neftçi" hazırda baş məşqçi axtarışlarını davam etdirir.
Sozcu.az xəbər verir ki, hazırda "Matç TV" turniri üçün Rusiyanın Sankt-Peterburq şəhərində olan "ağ-qaralar" Konfrans Liqasına hazırlığını da orada davam etdirir. Lakin baş məşqçi olmadan.
Bu arada Rumıniya mətbuatı yeni iddia ilə çıxış edib. Bu ölkənin gsp.ro saytının yazdığına görə, Laurensio Regekampfla yolları ayıran paytaxt təmsilçisi başqa bir rumın mütəxəssisə təklif göndərmək fikrindədir. Söhbət 44 yaşlı Adrian Mutudan gedir. Sayt iddia edib ki, "Neftçi" Rumıniya millisinin sabiq üzvünə illik 1 milyon avro ödəməyə hazırdır. Bununla belə, qeyd edilir ki, hazırda "Neftçi" üçün əsas namizəd Sərgən Yalçındır. Əgər Mutu Azərbaycana gələrsə, bu halda onun hazırkı klubu "Rapid 1923"ə müəyyən təzminat ödənilməlidir.
Qeyd edək ki, bu məlumatla əlaqədar "Neftçi"dən fikir almaq mümkün olmayıb. Ümumiyyətlə, baş məşqçi məsələsi ilə bağlı klubdan indiyədək heç bir açıqlama verilməyib. Ehtimal etmək olar ki, yekun qərar həmişə olduğu kimi bu dəfə də "Neftçi"nin sponsoru SOCAR tərəfdən veriləcək. Odur ki, bu məsələ klub rəhbərliyi faktiki olaraq ofsaydda qalıb.