Naxçıvanda avtomobil oğurlayan şəxslər saxlanılıb

Naxçıvanda avtomobil oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, avqustun 2-də saat 16 radələrində Naxçıvan şəhəri ərazisindən “Audi” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Naxçıvan ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin şəhər sakinləri Rəhman Həsənov və bir yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən “QAZ-3110” markalı avtomobilə vurulması müəyyən olunub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Həsənov və həmin yeniyetmə saxlanılıblar. Araşdırma aparılır.

Share on Facebook