NATO-nun 300 min əsgəri bu ölkəyə girməyə hazırdır

NATO 300 min əsgəri Polşaya göndərilmək üçün yüksək səviyyədə hazırdır.

Sozcu.az xəbər verir ki, bunu Polşa Baş Qərargah rəisinin müavini Karol Dımanovski deyib.

“Əvvəllər NATO-nun qalxanı olmaq üçün 40 min əsgər hazırlaşdırılırdısa, hazırda 300 min əsgər yüksək hazırlıq vəziyyətindədir. Bu əsgərlər ölkəyə müharibə başlayandan sonra deyil, ondan əvvəl gələcəklər”, - Dımanovski bildirib.

Share on Facebook