NATO Baş katibi də Roma Papasına cavab verdi – “Kapitulyasiya sülh deyil”

Roma Papasının Ukrayna ilə bağlı növbəti qalmaqallı açıqlaması təkcə Ukraynada deyil, bir sıra Qərb ölkələrində və təşkilatlarda da böyük etirazla qarşılanıb.

Məlum olduğu kimi, Papa Fransisk İsveçrə televiziyasına müsahibəsində deyib ki, Ukrayna “ağ bayraq cəsarəti”nə sahib olmalı və danışıqlara başlamalıdır.

Sozcu.az xəbər verir ki, Roma Papasına etiraz edənlər arasında NATO-nun Baş katibi Yens Stoltenberq də var. Stoltenberq Fransiskin müsahibəsilə bağlı deyib: “Kapitulyasiya sülh deyil. Rusiya Prezidenti Vladimir Putin bu müharibəni başladı və bu gün də bitirə bilər. Ukraynanın isə belə bir imkanı yoxdur”.

Baş katib həmçinin bütün müttəfiqləri Ukraynaya hərbi dəstəyi davam etdirməyə çağırıb: “Biz Prezident Putinə döyüş meydanında istədiyini ala bilməyəcəyini göstərmək üçün Ukraynanı gücləndirməyə davam etməliyik. Biz oturub Ukraynanın müstəqil ölkə kimi tanınacağı həll yolu ilə razılaşmalıyıq”.

Share on Facebook