İtaliyanın "Napoli" klubu baş məşqçisi Luçano Spaletti ilə müqavilənin müddətini uzadıb.
64 yaşlı mütəxəssis "Fiorentina"ya 1:0 hesabı ilə qalib gəldikləri A Seriyasının XXIII tur oyunundan sonra bu barədə açıqlama verib.
Spaletti rəhbərliyin sözləşmənin artırılması variantını aktivləşdirdiyini söyləyib. O, yeni müqavilənin 2024-cü ilin yayınadək nəzərdə tutulduğunu vurğulayıb.
Qeyd edək ki, "Napoli" 32 ildən sonra İtaliyada çempionluğunu rəsmiləşdirib. Komanda son olaraq 1989/1990 mövsümündə A Seriyasının qalibi olub.