“Müstəqil Həmkarlar” İctimai Birliyinin iclası keçirilib. Təşkilatın həmtəsisçisi, prezidentliyə keçmiş namizəd Fuad Əliyev Reportyor.info-ya bildirib ki, iclasda növbəti parlament və bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul olunub. F.Əliyev bildirib ki, bələdiyyə seçkiləri dekabrda keçiriləcək, parlament seçkilərinin isə bu ilin yayında keçirilməsi ehtimalı var. Onun sözlərinə görə, İctimai Birlik olaraq hər iki seçkidə iştirak qərarı verilib.
“Fevralın 7-də “Zəfər seçkisi” Xankəndidə, Şuşada, bütün Qarabağda oldu, indi də deputat və bələdiyyə seçimləri bu ərazilərdə olacaq. İnanırıq ki, azad, şəffaf, maraqlı seçkilər olacaq”,_ deyə Fuad Əliyev vurğulayıb.