Müstəqil Həmkarlar Birliyinin baş ofisində MHB Şamaxı, Kürdəmir, Ağsu Rayon Təşkilatların sədrlərin iştrakı ilə iclas keçirilib.
Tədbirdə MHB-nin rayon təşkilatların sədrlərinin regionlarda görülən işlər barədə məlumat dinlənilmiş və qarşıda duran vəzifelər haqda tapşırıqlar verilmişdir.
Birliyin sədri Fuad Əliyev son dövr əhalinin sosial problemləri haqda şikayətlərin , hüquq pozuntuların araşdırılması və dövlət strukturlarına müraciətlərin operativ qaydada teşkil olunmasını MHB RT sədrlərinə bildirdi.
MHB sədr müavinləri Xəzər Teyyublu və Əhməd Rəhmanov, Şamaxı RT nümayəndəsi Vasif Ağayev, Kürdəmir RT sədri İlham Alışov və Ağsu RT sədri Nicat Suleymanlı mövzular ətrafında fikirlərini bildirmisler.
Tədbirin sonunda MHB RT sədrlərinə təlimatlar, müvafiq sənədlər və yeni qəbul edilmiş üzvlərə, üzvlük vəsiqələri verilmisdir.