Bu gün Müsavat Partiyasının rayon təşkilatı sədrləri və bir qrup fəalının partiya başqanı Arif Hacılı ilə görüşü keçirilib.
Görüşdə fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb. Partiya strukturlarına bu müzakirələrin davam etdirilməsi tapşırılıb.
Qeyd edək ki, bir gün əvvəl Müsavatın Divanı növbədənkənar seçki ilə əlaqədar xüsusi bəyanat yayıb. Bəyanatda Azərbaycan hakimiyyətindən siyasi məhbusların dərhal azad olunması və ölkədə demokratik seçki mühitinin yaradılması tələb edilir.