Ermənistan Baş Qərargahının keçmiş rəhbəri Tiran Xaçatryan 44 günlük müharibə ilə bağlı komissiyadan dəvət almayıb.
Sozcu.az xəbər verir ki, bu barədə "Joğovurd" qəzetinə onun özü məlumat verib.
Bundan əvvəl komissiyanın rəhbəri Andranik Koçaryan bir neçə dəfə açıq şəkildə generalı görüşə gəlməyə və suallara cavab verməyə çağırıb.
Xaçatryan bildirib ki, Koçaryanın katibi hətta ona zəng edib, yaşayış ünvanını da göstərib, lakin o, heç vaxt rəsmi dəvət almayıb.
"Dəvət gəlsə belə, komissiyaya getməyəcəyəm", - deyə Xaçatryan əlavə edib.