Əslən Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərindən olan fəal Zeynəb Həmrəng Seyidbəyli təhlükəsizlik məmurları tərəfindən Tehranda həbs edilib.
Bu barədə onun yaxınları məlumat veriblər.
Xanım fəalın hara aparıldığı və həbs səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, müəllimlərin sinfi təşkilatında fəal üzvlərdən biri olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün bundan əvvəldə saxlanılıb.
Həmrəng 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Güneyli müəllim “ölkənin təhlükəsizliyinə qarşı aksiya toplaşmaq və əlbir olmaq” ittihamına görə 5 il, “hökumətə qarşı təbliğat” ittihamına görə isə 1 il həbs cəzasına məhkum edilib.
O, 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılıb.