Ukraynanın xarici işlər naziri Dmitri Kuleba erməni həmkarı Ararat Mirzoyanla görüşüb.
Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan tərəfi yayıb.
Onlar Xorvatiyanın Dubrovnik şəhərində keçirilən forum çərçivəsində Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazirlər ikitərəfli siyasi dialoq məsələlərini müzakirə ediblər. Bu kontekstdə Kiyevdə keçirilən müxtəlif formatlarda siyasi məsləhətləşmələr və s. qeyd olunub. Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyət məsələlərinə dair fikir mübadiləsi aparılıb. Regional mövzulara toxunulub.
Mirzoyan Azərbaycanla münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə toxunub, regional təhlükəsizliyin təmin edilməsi üçün sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.