Ermənistanın XİN başçısı Ararat Mirzoyan Aİ-nin mülki monitorinq missiyasını Azərbaycanla sərhəddə təhlükəsizlik və sabitliyin mühüm amili adlandırıb.
Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, İrəvanda olan yunanıstanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bu barədə danışıb.
"Bununla belə, Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək üçün çox uzun yol var. Tərəflər hazırda bir sıra konkret proqramları və tədbirləri müzakirə edirlər", - o bildirib.